Modern.az

İki ayda təyin olunan sosial təqaüdlərin SAYI

İki ayda təyin olunan sosial təqaüdlərin SAYI

Current

10 Mart 2022, 15:06

2022-ci ilin yanvar-fevral aylarında 88,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, onlardan 2,3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.

 

Bununla da vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

 

Rəsmi məlumata görə, 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı