Modern.az

Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi dəyişir

Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi dəyişir

Current

31 Yanvar 2013, 17:46

Konqresin baş katibi Mikayıl Hüseynovu Bakıya çağırıblar, onun işini Aparatın rəhbəri Nemət Nağdəliyev icra edir

Konqresin baş katibi Mikayıl Hüseynovu Bakıya çağırıblar, onun işini Aparatın rəhbəri Nemət Nağdəliyev icra edir

Fevralın 5-də Rusiyanın paytaxtı Moskva şəhərində “Prezident” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) iclası keçiriləcək. Modern.az-a bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının və “Ocaq” Mədəniyyət Cəmiyyətinin İdarə Heyətinin üzvü Nəsib Nəbioğlu məlumat verib.

İclasın gündəliyinə daxil olan məsələlər bunlardır: ÜAK-ın 2012-ci ildə gördüyü işlər barədə hesabat; ÜAK bölmələrinin fəaliyyəti və fəaliyyətinin yüksəldilməsi, möhkəmləndirilməsi və diaspor avtoritetinin yerlərdə gücləndirilməsi; “Azərbaycan Konqresi” qəzetinin diaspor həyatındakı rolu; Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı keçiriləcək tədbirlər; 2013-cü ildə ÜAK-ın gələcək planlarının müzakirəsi və təsdiqi.

N.Nəbioğlu iclasda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən kimlərin iştirak edəcəyi barədə məlumatsız olduğunu söyləyib.

“Mən bu barədə məlumatsızam. Həmçinin dəqiq deyə bilmərəm ki, səfir Polad Bülbüloğlu iştirak edəcək, ya yox. Amma belə bir şayiə yayılıb ki, iclasda konqresin rəhbərliyi də dəyişiləcək. ÜAK-ın baş katibi Mikayıl Hüseynovu artıq Bakıya çağırdılar. Onun işini konqresin Aparat rəhbəri Nemət Nağdəliyev icra edir. İndi deyirlər ki, yenə də dəyişikliklər olacaq. Amma aparatda nə dəyişikliklər olacağı barədə xəbərsizəm”

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyevdir.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı