Modern.az

"Araz"ı cərimə GÖZLƏYİR

Aktual

2 Aprel 2022, 10:14

“Araz Supermarket” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Modern.az xəbər verir ki, iş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclası aprelin 11-nə təyin edilib.

 

Qeyd edək ki, bu xətaya görə, “Araz Supermarket”i cərimə gözləyir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı