Modern.az

ÜST Rusiya peyvəndinin yoxlanışını DAYANDIRDI

ÜST Rusiya peyvəndinin yoxlanışını DAYANDIRDI

Актуально

8 Aprel 2022, 08:19

“Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma Rusiya ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.

 

"Müharibənin başlamasına bir neçə gün qalmış təftiş qrupunun Rusiyaya gedəcəyi güman edilirdi. Amma indi hər şey dayandırılıb", - ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

 

Xatırladaq ki, ÜST martın əvvəlində “Sputnik V” peyvəndinin yoxlanılmasının mövcud vəziyyət, o cümlədən Rusiyaya uçuşların mümkünsüzlüyü səbəbindən təxirə salındığını bildirmişdi. 2021-ci ildə ÜST “Sputnik V”-nin ilkin kvalifikasiya proseduru çərçivəsində Rusiyanın dörd istehsal sahəsinə təftiş keçirib və onlardan birinin fəaliyyəti ilə bağlı qeydlərini dərc edib.

 

2022-ci ilin əvvəlində keçirilən təkrar sınaq və dünyanın bir çox ölkəsində Rusiya peyvəndinin tanınması prosedurunu tamamlamalı idi. Lakin müharibə səbəbindən prosedur təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı