Modern.az

Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO

Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO

Aktual

5 İyul 2022, 11:50

Bakıda sərnişin avtobusu qəza törədib.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 6 mikrorayon ərazisində qeydə alınıb. 26 saylı xətt avtobusu qəzaya düşüb və səkiyə çıxıb.

 

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, “Vətən” firmasının istismarında olan 26 nömrəli müntəzəm marşrut üzrə xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı