Modern.az

FİFA Mahirlə bağlı qərarı LƏĞV ETDİ

FİFA Mahirlə bağlı qərarı LƏĞV ETDİ

Current

10 Oktyabr 2022, 22:14

"Dinamo"nun futbolçusu Mahir Emreli keçmiş klubu "Legiya"ya qarşı bütün maliyyə öhdəliklərini qarşılıqlı razılaşma əsasında həll edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin saytı məlumat yayıb. 

 

Bildirilib ki, bu gün "Dinamo" FİFA-dan futbolçuya intizam işi bağlı qərarın ləğvi ilə bağlı məktub alıb. Beləliklə, Mahir Emreli “Dinamo"da oynamağa davam etmək hüququna malikdir.

 

Qeyd edək ki, FİFA millimizin üzvünün Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı