Modern.az

Norveçdən Bakı və İrəvana sülh MESAJI

Norveçdən Bakı və İrəvana sülh MESAJI

Current

19 Oktyabr 2022, 08:20

Norveçin xarici işlər naziri Anniken Huitfeldt Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış, ədalətli sülh sazişinin əldə olunmasını dəstəklədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.

 

Rəsmi açıqlamada Cənubi Qafqazda sabitliyin və regional münaqişələrin sülh yolu ilə həllinin olduqca vacib olduğu qeyd edilib.

 

“Demokratik proseslərə verdiyimiz dəstək və münaqişələrin qarşısının alınması çox vacibdir”, - deyə xarici işlər naziri Anniken Huitfeldt söyləyib: “Biz Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış və ədalətli sülh sazişini dəstəkləyirik. Bu, Cənubi Qafqazda sülhün açarıdır”.

 

Norveç XİN rəhbəri vurğulayıb ki, oktyabrın 6-da Praqada hər iki tərəfin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması sülh sazişinin imzalanacağına ümid verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı