Modern.az

UNESCO erməniləri məyus etdi - “Bakı prosesi” qəbul olundu

UNESCO erməniləri məyus etdi - “Bakı prosesi” qəbul olundu

Current

19 Oktyabr 2022, 14:04

Ermənistan tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilib.

 

"Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı