Modern.az

Xarici jurnalistlər Gəncədə - FOTO

Xarici jurnalistlər Gəncədə - FOTO

Güncel

20 Oktyabr 2022, 10:16

Moldova, Özbəkistan və Gürcüstandan olan jurnalistlər Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.

 

Modern.az xəbər verir ki, jurnalistlər Qələbə parkını ziyarət ediblər. Media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.

 

Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı