Modern.az

ATƏT PA-da Xocalı qurbanları anıldı

ATƏT PA-da Xocalı qurbanları anıldı

Aktual

24 Fevral 2023, 13:55

ATƏT Parlament Assambleyasında (PA) Xocalı soyqırımı qurbanları anılıb.

 

Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Xocalı soyqırımından söz açıb. O bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edir.

 

"26 fevral 1992-ci ildə Ermənistan bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxsi qəddarcasına qətlə yetirdi. Fürsətdən istifadə edərək Xocalı soyqırımın qurbanlarının əziz xatirəsini yad edirəm", - deyə Azay Quliyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı