Nigeriyada qatarla sərnişin avtobusunun toqquşması nəticəsində iki nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində daha 84 nəfərin yaralandığı bildirilib.
Məlumata görə, həlak olan şəxslər hökumət işçiləridir. Avtobus dəmir yolu xəttini keçmək istəyən zaman qatarla toqquşub.