Modern.az

Əlaqələrimiz digər ölkələri narahat etməməlidir - Ceyhun Bayramov

Əlaqələrimiz digər ölkələri narahat etməməlidir - Ceyhun Bayramov

Aktual

29 Mart 2023, 22:26

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.

 

Modern.az xəbər verir ki, bu sözləri xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrinin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir. “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”, - deyə XİN başçısı vurğulayıb.

 

Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Diqqətə çatdırıb ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı