Modern.az

Cinayət törədən 57 nəfər SAXLANILDI

Cinayət törədən 57 nəfər SAXLANILDI

Aktual

30 Mart 2023, 10:18

Martın 29-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı