Modern.az

1 həftə əvvəl şəhid oldu: Əkiz qızları dünyaya gəldi

1 həftə əvvəl şəhid oldu: Əkiz qızları dünyaya gəldi

Current

27 Sentyabr 2023, 10:54

Azərbaycan ordusunun antiterror tədbirləri zamanı şəhid olan hərbçimiz Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyi məlumat yayıb.

 

Bildirilir ki, bununla şəhidimizin özündən sonra 4 övladı yadigar qalıb.

 

Qeyd edək ki, Səbuhi Əliyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub və 1 həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

 

Allah rəhmət eləsin

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı