Modern.az

“Kənd Təsərrüfatı, Ekologiya nazirlikləri Bakıdan köçürülə bilər”

“Kənd Təsərrüfatı, Ekologiya nazirlikləri Bakıdan köçürülə bilər”

Current

14 İyul 2015, 17:12

Vahid Əhmədov: “Bəzi nazirlikləri Bakıdan köçürməklə yeni şəhər salmaq olar”


“Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir. Plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır.

Hazırda paytaxtda müşahidə edilən sıxlıq, saatlarla davam edən tıxaclar, bu səbəbdən insanlar arasında yaranan narazılıq, müəyyən işlərin həyata keçirilməsində qarşıya çıxan əngəllər, gecikmələr bir sıra nazirliklərin Bakıdan köçürülməsi məsələsini yenidən gündəmə gətirib.

Nəqliyyat vasitələrinin çoxluğu və aparılan tikinti işləri, yeni göydələnlərin ucaldılması Bakıda ekoloji tarazlığı pozub. Bu səbəbdəndir ki, bir çox xəstəliklər müalicə olunmaz xarakter alıb.

Paytaxtda qan təzyiqi, revmatizm, şəkərli diabet kimi xəstəliklər həddindən artıq çoxalıb.

Mili Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına bildirib ki, belə bir addımın atılması məqsədəuyğundur:

“Bu, dövlət rəsmiləri səviyyəsində həll olunacaq məsələdir. Ümumən Bakının yüklənməsini nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün müəyyən addımların atılması məsələsi mətbuatda qaldırılır, əsas onun həll olunmasıdır.

Bəzi nazirliklərin paytaxtdan kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, ayrı-ayrı nazirliklərin köçürülməsi ilə yeni bir şəhər də yaratmaq olar. Bununla Bakıdakı sıxlıq və tıxacların qarşısı da alınar. Çünki Azərbaycan dövlətinin buna imkanları var”.

Vahid Əhmədov köçürülməsi məqsədəuyğun olan nazirliklərə də aydınlıq gətirib:

“Fikrimcə, kənd təsərrüfatı, ekologiya və digər sahələrlə bağlı nazirliklər köçürülə bilər. Əsas odur ki, bunun üçün qərar verilsin”.

Qərarın verilmə vaxtına gəlincə, parlament üzvü deyib ki, əsas prinsip ondan ibarət olmalıdır ki, Bakı məruz qaldığı ağır yükdən azad edilsin: “Bir çox dövlətlərdə belə layihə artıq reallaşıb. Məsələn, Qazaxıstanda belə bir köçülürmə baş tutub, Gürcüstanda da reallaşdırılması planlaşdırılıb. Azərbaycanın da iqtisadi imkanı şərait yaradır ki, bəzi nazirliklər yaxın yerlərə - Yaşmaya, yaxud Qaradağa köçürülsün”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı