Bakı–Tbilisi–Bakı marşrutu üzrə beynəlxalq sərnişin qatarına biletlərin satışına başlanılıb.
Modern.az xəbər verir ki, biletləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi saytı olan ticket.ady.az portalı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, Bakıdan Tbilisiyə ilk qatar 25 may tarixində saat 23:10-da Bakı Dəmiryol Vağzalından hərəkət edəcək.
Məlumata görə, qatar üçün ilk bileti Elnarə Rəsulova adlı vətəndaş alıb