Modern.az

Bakıda velosiped yollarının uzunluğu yüz kilometrə çatdırılacaq

Bakıda velosiped yollarının uzunluğu yüz kilometrə çatdırılacaq

İqtisadiyyat

21 May 2026, 12:42

Aktiv mobillik bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq 65 kilometr velosiped yolu və piyada küçələri inşa edilib.

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən   Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov bildirib.

O qeyd edib ki, hədəf yaxın gələcəkdə bu göstəricini 100 kilometrə çatdırmaqdır.

“Bundan əlavə, 1000-dən çox velosiped parklanma məntəqəsi quraşdırılıb.

Bu işlərin nəticəsi artıq görünməkdədir. Bu gün mikromobillik şəhər mərkəzində qısa məsafəli səfərlərin 20 faizini təşkil edir. Hazırda 125 min nəqliyyat vasitəsi və 400 min istifadəçi ilə 4 milyondan çox aktiv səfər qeydə alınıb. Bu artım bizi ruhlandırır və göstərir ki, insanlar düzgün infrastruktur yaradıldığı halda dayanıqlı mobilliyi qəbul etməyə hazırdırlar”.

T.Səfərov əlavə edib ki, eyni zamanda piyadalaşdırma layihələrinə də xüsusi diqqət yetirilir:

“Artıq İçərişəhərdə piyadalaşdırma layihəsi tamamlanıb və hazırda digər ərazilərdə də oxşar layihələr həyata keçirilir. Məqsədimiz şəhər məkanını yenidən piyadalara qaytarmaqdır. Ümumilikdə ictimai mobillik üzrə strateji baxışımız aydındır: biz daha sürətli, daha təhlükəsiz və daha təmiz nəqliyyat sistemi qurmaq istəyirik”, - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!