Bakı–Tbilisi–Bakı marşrutu üzrə beynəlxalq sərnişin qatarına biletlərin satışına başlanıldıqdan sonra ADY-nin saytında müvəqqəti çətinliklər yaranıb.
Modern.az xəbər verir ki, buna səbəb biletlərə yüksək tələbatın olmasıdır.
Hazırda ticket.ady.az portalında müvəqqəti texniki problemlərin müşahidə olunduğu bildirilir.
Qeyd edək ki, Bakı–Tbilisi istiqamətində ilk sərnişin qatarı 25 may tarixində saat 23:10-da Bakı Dəmiryol Vağzalından hərəkət edəcək.

