Modern.az

Nemət Pənahlının övladları barədə dedikləri... (fotolar)

Nemət Pənahlının övladları barədə dedikləri... (fotolar)

کشور

12 İyun 2010, 14:41

Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi?  

Moden.az-ın “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı rubrikasının budəfəki qonağı Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

 

Nemət Pənahlı qəhrəman ata adlandıra bilərik. Belə ki partiya sədrinin 6 övladı var: 2 qız, 4 oğlan. Nemət bəyin ilk övladı Xatirədir. Xatirə bu il 10-cu sinfi bitirib. Nemət Pənahlının sözlərinə görə, Xatirənin arzusu ali məktəbin Şərqşünaslıq fakültəsində oxumaqdır.

“İkinci övladım Orxandır. 15 yaşı var. Payızda 10-cu sinifə gedəcək. Orxan isə Polis Akademiyasında  oxumaq istəyir. Ancaq ola bilsin sonradan fikrini dəyişsin. Mən onların ixtisas seçiminə müdaxilə etməyəcəm. Qoy öz seçimləri olsun.Ancaq mən çox istəyərdim ki, oğlanlarımdan ən azı biri hərbçi olsun. Məcbur etməsəm də, ən azından məsləhət verəcəm. Ümumiyyətlə, bir də yaradıcı və ya ixtiraçı, amma daha çox ixtiraçı olmağını istəyərdim”.

Nemət Pənahlının üçüncü övladı Əhəd  bu il 5-ci sinifdə, digər övladları Güney və Ərtoğrul isə 3-cü sinifdə oxuyacaqlar: “Ərtoğrulu məkətəbə bir il gec qoydum ki, Güneylə birgə oxusunlar”. Ailənin sonbeşiyi - 6-cı uşağı Oğuzxandı. Oğuzxan isə bu il 1-ci sinfə gedəcək. “Xatirə, Orxan, Əhəd metronun “Gənclik” stansiyasına yaxın yerləşən 43 nömrəli bağça-lisey kompleksində oxuyurlar. Güney, Ərtoğul, Oğuzxan isə Atatürk liseyinə gedəcəklər. Övladlarım pis oxumurlar, ancaq əla da demək olmaz. Dərslərdə anaları yardımçı olur. Mən ancaq məktəbə aparıb-gətirirəm. Bu sahədə yardımçı ola bilirəm”.

N.Pənahlı deyir ki, Güney və Ərtoğulun Atatürk liseyinə getməsinə səbəb əvvəl oxuduqları məkətbdə rüşvətin baş alıb getməsi olub.

“Əgər bu məmləkəti istəyirlərsə, ölüm hökmü bərpa edilməli, təhsil naziri Misir Mərdanov güllələnməlidir. Azərbaycan məktəblərində edilən xəyanət - rüşvət Qarabağ faicəsindən də, sel və daşqından da dəhşətlidir. Bütün cəmiyyət bilir ki, bu gün Azərbaycan təhsili məhv edilir. Məkətblər ancaq pul yığmaqla məşğuldur. Hələ məktəbdə müəllimlər məndən bir qədər ehtiyat edirlər, məndən bir az çəkinirlər. Əvvəl rüşvət ali məktəblərdə idi, indi bağçadan tutmuş orta məkətblərə qədər hamısında pul yığılır. Ümumiyyətlə məktəblər başdan ayağa rüşvətxorluqla məşğuldurlar. Əgər müəllim hər dəqiqə zəng edib uşaqdan pul istəyirsə, o uşaqdan nə ola bilər? Bizim məkətblərdə təlim-tərbiyə, təhsillə maraqlanan görməmişəm. 9-cu sinifdən sonra Azərbaycan məktəblərində təhsil verilmir. Bu o deməkdir ki, Azərbaycanın gələcəyi baltalanır. Küt, savadsız, təhsilsiz bir ölkə ölümə məhkumdur. Mən evdə məkətəbə pul verməklə bağlı yasaqlar qoymuşdum. Açığı bu məsələdə mənim gücüm çatmadı. Niyə? Məndən xəbərsiz anası uşaqlardan istənilən pulu verməyə başladır. Çünki pul verməyən uşağı pisikdirirlər. Mən həyatım boyu nə rüşvət vermişəm, nə də ki, almışam. Bu mənim həyat prinsipim olub. Bunu mən ailədə də tətbiq etmişdim. Ancaq məktəblər mənə güc gəldi. Durum budur, reallıq belədir. Ona görə də balacaları aparıb Atatürk liseyinə qoydum. Heç olmasa orada rüşvət yoxdur”.

 

Nemət bəyin sözlərinə görə, övladlarına müəyyən qrafik qurulub: “Düzü o qrafiki mən tətbiq etmirəm. Anaları o işlə məşğul olur. Oğullarım dərsdən əlavə idmanla da məşğul olurlar. Ona görə də müəyyən qrafik tətbiq etmək lazımdır. Orxan “Turan Do” türk döyüş növü üzrə iki dəfə respublika çempionu olub. Oğlanlarımın təkcə 3-ü yox, hətta lap balaca Oğuzxan da onlarla gedirdi. Dərslərə görə bir qədər fasilə vedilər. Ancaq davam etdirəcəklər. Məncə oğlan uşaqları döyüşçü kimi, döyüşçü ruhunda  tərbiyələnməlidirlər”.

Partiya sədri bildirir ki, övladlarına qarşı konkret qadağalar qoymayıb: “Ancaq onlar ailənin ümumi prinsipini, əxlaqını bilirlər. Tutaq ki, siqaret çəkmək, içki içmək bunlar ümumiyyətlə bizə nəsillikcə yasaqdır. Mən özüm də siqaret çəkmişəm. Sonra tərgitmişəm. Hiss edəndə ki, uşaqlar məni yamsılayır, həmin zamandan da siqareti atmışam. Başa düşəndə ki, mən özüm siqaret çəkə-çəkə onlara “çəkmə” deyə bilməyəcəm, desəm də təsiri olmayacaq, ona görə də siqareti atdım”. 

N.Pənahlının sözlərinə görə, uşaqlarla birgə istirahətə hər zaman vaxt ayıra bilmir: “Hərdən vaxt tapıb dağa, kəndə istirahətə gedirik. O da ki vaxt olanda. Evdə istirahət edəndə də övladlarımla birgə oturub televizora baxa bilmirəm. Bizdə uşaqlar televizora sistemsiz baxa bilmir. Anasının nəzarəti ilə baxırlar. İstər televiziya, istərsə də internet olsun, ölkədə başdan-ayağa insanın əxlaqını, mənəviyyatını pozmaqla məşğul olan bir sistem qurulub. Uşaq nə anlayır ki..? Uşağa o zaman tam sərbəstlik verəcəksən ki, uşaq artıq formalaşacaq. Özü artıq ağla qaranı, haqla nahaqqı seçə biləcək. Axşama qədər televiziyalara cahil, nadan insanları çıxardırlar, elə göstəririlər ki, guya Azərbaycanda bir nəfər normal ailə yoxdur. Ya bilərəkdən, ya nadanlıqdan Azərbaycan cəmiyyətinə bir dənə ailə nümunəsi, müsbət şey göstərilmir. Bir tərəfdən də bu gedişatla Avropa standartları bu ölkəni diz çökdürəcək”.

 

Partiya sədri övladlarına heç bir fərq qoymadığını deyir: “Hamısı mənim üçün əziz, dəyərlidir. Bizim ölkədə ən anormal şey odur ki, qızın təhsilinə əhəmiyyət vermirlər. Ancaq bu yanlış bir görüşdür. Çünki qız eyni zamanda ana olacaq. Övlad tərbiyə edəcək. Yəni övladın da tərbiyəsi ilə 99 faiz ana məşğul olur. Mən evdə xoxanam. Xoxan kimi qorxudurlar, “atan gələr belə edər” deyirlər. Mənim funsiyam odur. Əslində qız övladının oxudulması daha vacibdir. Ana nə qədər təhsilli, dünyagörüşlü olsa, o qədər də uşağın tərbiyəsində, təhsilində böyük önəm daşıyır. Mənə görə valideyinin 2 müqəddəs vəzifəsi var. Birinci övladına tərbiyə, ikinci təhsil vermək. Qalan şeylər boş və mənasızdır”.

 

“Övladlarınızdan hansınınsa sizin yolunuzu davam etdirməsini, siyasətdə olmasını istərdinizmi” sualını N. Pənahlı belə cavanlandırıb:

“Mənim yolum nədir ki..? Stanadrt bir yolum yoxdur. Mənim yolum bir ölkədə, ailədə dünyaya gəlib. O vətəni, milləti üçün öz həyatını, ömürünü sərf etmək olub. Birinci növbədə insanın başqa canlılardan fərqi onun şüurudur, ağılı, intellektidir. Nə qədər təhsilli, dünyağörüşlü olsa, vətəninə də, millətinə də, cəmiyyətə də o qədər faydalı olacaq”.

 

Nəmət Pənahlı həyat yoldaşı Həcər xanım və üçüncü övladı Əhədlə.

 

 

Qızı Güney payızda 3-ə gedəcək.

Ailənin sonbeşiyi Oğuzxan.

 

 

Bu, 15 yaşlı Orxanın uşaqlıq şəklidi.

Məktəbə 1 il gec gedən Ərtoğrul.

Təhminə Paşayeva

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı