Modern.az

Vətəndaşların qatarla Azərbaycandan giriş-çıxışına icazə verildi - QƏRAR

Vətəndaşların qatarla Azərbaycandan giriş-çıxışına icazə verildi - QƏRAR

Ölkə

Bu gün, 15:22

Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı–Tbilisi–Bakı qatarının işə düşməsilə bağlı Dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı bəzi məsələlər haqqında qərar qəbul edib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı