Son vaxtlar dünyanın sonunun yaxınlaşmasından tez-tez danışılır. Hələ yeddi il öncə aparılan bir araşdırma nəticəsində dünyanın sona yaxınlaşdığı bildirilmişdi. İnsanları həyəcanlandıran bu söz-söhbətlərə bir çox mütəxəssislər, alimlər, astroloqlar münasibət bildirirlər. Bəzi mülahizələrə görə, dünyanın sonunun çatmasına insanların təbiəti amansız istismarı səbəb olacaq, başqaları deyirlər ki, bu təbii fonemon nəticəsində baş verəcək, dindarlar isə düşünürlər ki, Allah özü dünyaya son qoyacaq. Bundan öncə irəli sürülən iddialarda dünyanın sonunun 2012-ci il olacağı söylənilmişdi. Bunu müxtəlif mülahizələr əsasında qeyd edirlər.
Maya təqvimi
Dünyanın sonu haqda ilk fikri mayalılar veriblər. Onların yaratdığı təqvim 2012-ci ilin dekabr ayının 21-də bitir. Maraqlı odur ki, Maya tayfaları ayın ölçülərini heç bir cihaz olmadan çox az fərqlə qeyd ediblər. Maya sivilizasiyasının öncəgörmələrinə görə, dünyanın sonuna az qalıb.
Günəş partlayışları
1957, 1968, 1979, 1990 və 2001-ci illərdə günəşdə partlayışlar olub. Bu partlayışların Yer kürəsinə ciddi fəsadları olmayıb. Partlayışların hər 11 ildən bir təkrarlandığını nəzərə alsaq, növbəti belə hadisə 2012-ci ilə düşür. Həmçinin, Yer kürəsini Günəşin zərərli təsirlərindən qoruyan Ozon təbəqəsindəki dəliyin böyüklüyünün 10 milyon kv km-i keçdiyini nəzərə alsaq, müəyyən qədər inam yaranır ki, Yer kürəsində fəlakət olacaq. D
ini mülahizələr
Xristianların dini kitabında - “İncil”də Armagedon günü qeyd olunub. Dini ehkamlara görə, həmin gün xeyir və şər qüvvələr arasında son döyüş olacaq və bu tarixin də 2012-ci ilə təsadüf etdiyi deyilir. Həmçinin, müsəlmanların dini kitabında - “Quran”da qiyamətin əlamətlərindən bəhs olunub. Buddizm rahibi Birinci Çinqin fikirlərindəd də, bir çox hindu kitablarında da 2012-ci ildə dünyanın sonu ola biləcəyinə dair işarələr var. Super Vulkan
ABŞ-dakı Yeloston Milli Parkı termik suları və qeyzerləri ilə məşhurdur. Geoloqlar bu vulkanın dünyanın ən böyük vulkanik bazanın üstündə yerləşdiyini dəfələrlə qeyd ediblər. Yeloston vulkanı hər 650 min ildən bir partlayır və bu partlayışın o qədər külü olur ki, günəşin qabağını kəsərək temperaturun insanın dözməyəcəyi qədər düşməsinə şərait yaradır. Bu partlayış da 2012-ci ilə proqnozlaşdırılıb.
Fizika elminin araşdırması
ABŞ-ın Berkli Universitetinin alimlərinin hesablamalarında göstərilir ki, 2012-ci ildə Yer kürəsinin yaranmasına gətirib çıxaran proseslər yenidən baş verərək, dünyanının dağılmasına səbəb ola bilər.
Yerin maqnetik dəyişməsi
Məlumdur ki, Yer kürəsinin iki xəyali oxu var. Bu xəyali oxlarının öz yerlərini dəyişmə tempi hər 750 min il hesab olunur, amma bu dəyişmə təbiətə vurulan zərər nəticəsində 30 min ilə enib. Və növbəti dəyişmənin 2012-ci ilə təsadüf etməsini alimlər dönə-dönə vurğulayıblar. Bu da Yerdə böyük fəlakətə səbəb olacağından xəbər verir.
Bütün bu iddialarla razılaşmayanlar, söylənilənlərin cəfəngiyyat olduğunu deyən alimlər də var. Amma əlbəttə, dünyanın sonuna yalnız dünyanı yaradan qərar verəcək.
Hazırladı Vüqar Ağamalıoğlu