Modern.az

Rusiya-Ermənistan hərbi müqaviləsinin Qarabağ ərazisinə aiddiyyəti yoxdur

Rusiya-Ermənistan hərbi müqaviləsinin Qarabağ ərazisinə aiddiyyəti yoxdur

Ölkə

23 Avqust 2010, 18:29

Rusiyanın Ermənistanla hərbi müqavilə imzalaması Azərbaycan siyasi dairələrində ciddi rezonans doğurub. Torpaqları işğal altında olan rəsmi Bakının narahatçılığı başadüşüləndir.

Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Siyasi müşahidəçilər üçün bir sual maraqlıdır. İmzalanmış hərbi müqavilə ATƏT-in Minsk Qrupunda həmsədr olan Rusiyanın mövqeyində hansı dəyişiklilər yarada bilər? Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq istəsə, Rusiyanın mövqeyi necə olacaq?

Politoloq Zərdüşt Əlizadə Modern.az-a məsələni şərh edərkən bildirib ki, Rusya ilə Ermənistan arasında imzalanmış “Qarşılıqılı müdafiə haqqında” müqavilə yalnız Ermənistan ərazisinə aiddir. Azərbaycanın ərazisi olan Qarabağa bu müqavilənin heç bir aidiyyatı yoxdur.

“Rusiya-Ermənistan arasında imzalanmış hazırkı hərbi protokol hər iki ölkənin əməkldaşlıq sahəsinə zərrə qədər də yenilik gətirmir. Yəni, indiyə qədər ortada olan proseslər rəsmi olaraq  sənəddə əksini tapıb”-deyən Z.Əlizadənin fikrincə, bu müqavilə sadəcə Serj Sərkisyana dəstək vermək və rəsmi İrəvanın Rusiyanın Azərbaycanla bağlanmış S-300 raketinin satışından doğan narazılığı yüngülləşdirmək marağı durur.

Beynəlxalq siyasətin hansısa müqavilələr əsasında deyil, maraqlar əsasında həyata keçirldiyini deyən politoloqun sözlərinə görə, “rəsmi Bakı sülh danışıqları prosesinə tam sadiq qalacağı halda Moskva Ermənistanı dəstəkləyə bilməz”.

Onun sözlərinə görə,  Ermənistanın müdafiəsi haqqında öhdəlik ODKB-nin yaranması barədə sənəddə əksini tapıb. “Yeni imzalanmış müqavilə sadəcə həmin sənədin təkrardır”-deyə Z.Əlizadə vurğulayıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı