Modern.az

Yeni “Dünya gözəli” seçildi (foto)

Yeni “Dünya gözəli” seçildi (foto)

Ölkə

24 Avqust 2010, 10:25


Modern.az
xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində dünən keçirilən “Dünya gözəli-2010”müsabiqəsinin qalibi 22 yaşlı meksikalı Himena Navarette olub. Yarışma NBC telekanalı ilə birbaşa yayımlanıb. Münsiflər heyəti ikinci yerə Yamayka nümayəndəsi Yendi Fillipisi layiq görüblər.

Ukraynanı təmsil edən Anna Poslavskya münsiflər heyətinin qərarı ilə üçüncü yeri tutub.

“Miss cazibə” nominasiyası isə Tailandın nümayəndəsi Fontip Vaçaratrakula verilib. Bu onun geydiyi milli paltarın qiymətləndirilməsi sayəsində mümkün olub.

Umümilikdə müsabiqədə müxtəlif ölkələrdən 80 nəfər gözəl iştirak edib. Yarışma çərçivəsində qızlar səhnəyə milli geyimlərdə, ziyafət paltarlarında və çimərlik formasında çıxıblar. Onlar həmçinin münsiflər heyətinin suallarına cavab veriblər.

2009 və 2008-ci illərdə “Dünya gözəli”nin tacı Venesuelaya nəsib olmuşdu. 2007-ci ildə isə Yaponiya müsabiqədə qalib gəlmişdi.

Modern.az

 

.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı