Modern.az

Səlim Müslümov yeni işçilərinə tapşırıq verdi: "Hamınız bilməlisiniz ki..."

Səlim Müslümov yeni işçilərinə tapşırıq verdi: "Hamınız bilməlisiniz ki..."

Ölkə

25 Avqust 2010, 13:21


Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluqçusu vəzifəsinə yeni qəbul olunan işçilərlə görüş keçirilib
Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqədə uğur əldə edərək Fonda işə qəbul olunan şəxsləri DSMF sədri Səlim  Müslümov qəbul edib.

S.Müslümov nəzərə çatdırıb ki, bu gün Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10 faizi DSMF-də fəaliyyət göstərir. DSMF sədri əlavə edib ki, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 61 yer təklif edilmişdi. Həmin vakant yerlər üzrə 188 nəfər müsabiqənin test mərhələsində iştirak edib. İştirakçıların 45 nəfəri test mərhələsini keçsə də, onlardan yalnız 20 nəfəri müsahibə mərhələsində uğur qazanıb: “Biz qərara gəldik ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunsun. Yəni baxmayaraq ki, bəzi 1 vakant yerlərə 3 nəfər qəbul olunub, onlar ehtiyata yox, öz arzuları ilə digər boş yerlərə işə götürülsün. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb”.

Fonda işə yeni qəbul olunan şəxslərə tapşırıq və tövsiyələrini verən S.Müslümov vurğulayıb ki, Prezident İlham Əliyev dövlət qulluqçularının qarşısında həmişə insanlara qarşı diqqətli olmaq, xalqa xidmət göstərmək tapşırığını qoyub: “Hamınız bilməlisiniz ki, dövlət qulluqçusu adı, onu daşıyanların üzərlərinə əlavə məsuliyyət qoyur. Ümid edirəm ki, bu məsuliyyəti dərk edərək, daşıyacağınız dövlət qulluqçusu kimi şərəfli ada layiq olduğunuzu məhz öz fəaliyyətinizlə sübut edəcəksiniz”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı