Modern.az

Astroloq Firudin Qurbansoyun “Qarabağ” barədə yalan proqnozu

Astroloq Firudin Qurbansoyun “Qarabağ” barədə yalan proqnozu

Ölkə

26 Avqust 2010, 13:43

Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunun Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər oyunundan öncə mətbuatın “tanınmış astroloq” kimi qələmə verdiyi Firudin Qurbansoy bir proqnoz vermişdi. Əksər media orqanlarının dərc etdiyi həmin proqnozunda F.Qurbansoy demişdi ki, “Qarabağ” komandası mütləq uğur qazanacaq.

Astroloq proqnozunu belə əsaslandırmışdı ki, “Qarabağ” Pələng ilində yarandığından 2010-cu il onun üçün uğurlu il sayılır. Qurbansoyun fikrincə, 1909-cu ildə yaranmış “Borussiya” klubu üçün 2010-cu il uğurlu il hesab olunmur: “Həmin il Od ünsürlü olduğundan "Borrusiya"da vəziyyət o qədər də ürəkaçan deyil. Ola bilsin ki, hazırda klubda hansısa maliyyə, təşkilatı, komandadaxili, ya da oyunçular arasında problem var. Ancaq “Qarabağ”da hər şey öz qaydasındadır”.

F.Qurbansoyun proqnozuna görə, avqusutun 19-da Borussiyanın meydanında keçiriləcək ilk oyunda “Qarabağ”  ya heç-heçə, ya qələbə qazanmalıydı.

“Bakıda keçriləcək oyunda isə ““Qarabağ”ın qələbə qazanacağı şübhəsizdir” deyən Qurbansoy bildirmişdi ki, pley-off mərhələsinin qalibi Azərbaycan klubu olacaq.

Almaniyada keçirilən birinci oyunda komandamızın 0:4 hesablı məğlubiyyəti F.Qurbansoyun proqnozlarını alt-üst etdi. Çətin ki, bu gün keçiriləcək cavab qarşılaşmasında komandamız minimum 5:0 hesablı qələbə qazanaraq “tanınmış astroloq”un iddia etdiyi kimi, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın.

Qisas və möcüzə axtarışında olan “Qarabağ” qələbə qazana bilər, amma mərhələ keçməsi mşküldür.

Adəm Qorxmaz

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı