Modern.az

Rektor imtahan öncəsi tələbələrlə görüşdü - FOTO

Rektor imtahan öncəsi tələbələrlə görüşdü - FOTO

Təhsil

Bu gün, 14:00

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası öncəsi tələbələrlə görüş keçirib.

Modern.az xəbər verir ki, rektor Yusif Yusibov qarşıdan gələn imtahanlarda tələbələrə uğurlar arzulayaraq bildirib ki, imtahanqabağı ənənə halını almış görüşün keçirilməsində əsas məqsəd tələbələrin hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı çətinlik və problemləri dinləmək, imtahanlara hazırlıq prosesində qarşıya çıxa biləcək çətinliklərin operativ həllinə nail olmaqdır.  Rektor onu da bildirib ki, imtahan sessiyasının mövcud qaydalara uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb və  universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır.

GDU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev bildirib ki,  imtahanların keçirilməsi üçün bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

Görüşdə  Tədris Departamentinin direktoru Elturan Yusibov çıxışında bildirib ki, yaz imtahan sessiyası 1 iyun 2026-cı il tarixdə başlayacaq və yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Elturan Yusifov imtahanların keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, imtahanların gedişinə operativ nəzarət etmək və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə GDU-da İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya komissiyası təşkil edilib. İmtahan sessiyası zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə təkrar imtahan vermək üçün şəraitin yaradılması nəzərdə tutulur.

Görüş zamanı o da bildirilib ki, imtahan dövrü yalnız bilik yoxlaması deyil, həm də psixoloji hazırlıq tələb edən bir mərhələdir. Bu məqsədlə tələbələrə dəstək göstərmək üçün universitetdə Psixoloji məsləhət xidməti fəaliyyət göstərir. İmtahan həyəcanı, stress, özünəinamın azalması, vaxtın düzgün bölüşdürülməməsi və digər psixoloji çətinliklərlə üzləşən tələbələr bu xidmətə müraciət edə bilərlər.

Daha sonra İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova məlumat verib ki, test sualları artıq “Elektron İmtahan Sistemi”nə yerləşdirilib və tələbə kabinetinə göndərilib. Bununla yanaşı “EduMan” sisteminə dair yaradılan elektron səhifədə imtahanların keçirilməsinə dair təlimat da yerləşdirilib.

Görüşdə rektor Yusif Yusibov imtahanlarla bağlı tələbələri dinləyib və qarşıya çıxa biləcək problemlərin vaxtıda həll ediləcəyini bildirib.

Tələbələr imtahanların təşkili ilə bağlı yaradılmış şəraitə və onlara verilən dəstəyə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı