Modern.az

Türkiyə prezidenti bu gün Azərbaycana gəlir

Türkiyə prezidenti bu gün Azərbaycana gəlir

تحصیلات

16 Avqust 2010, 10:14

Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül bu gün Azərbaycana rəsmi səfərə gəlir. İki günlük səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək.
Türkiyə prezidenti Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri  Hacı Allahşükü Paşazadə ilə görüşəcək.
Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyəti olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq.

Abdulla Gülü müşayiət edəcək nümayəndə heyətinə enerji və təbii ehtiyatlar naziri, Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının həmsədri Taner Yıldız və digər rəsmi şəxslər daxildir. İki gün Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı