Modern.az

Kerri Gürcüstana gəlir

Kerri Gürcüstana gəlir

Aktual

30 İyun 2016, 09:56

 

ABŞ-ın dövlət katibi  Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.

 

Modern.az saytının xəbərinə görə, bu barədə Gürcüstanın Amerikadakı səfiri Arçil Qeqeşidze  “Rustavi-2” telekanalına  müsahibəsində bildirib.

 

Səfirin sözlərinə görə, Con Kerri Gürcüstan rəhbərliyi ilə iki ölkə arasındakı əməkdaşlıq məsələlərinin genişlənməsini müzakirə edəcək.

Bununla yanaşı, iqtisadiyyat, təhlükəsizlik, müdafiə məsələləri, siyasi sferada əlaqələrin dərinləşməsi üçün fikir mübadiləsi aparılacaq.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı