Modern.az

Azərbaycan bu ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

Azərbaycan bu ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

مورد توجه

7 Aprel 2019, 20:40

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı