Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, professor Bəxtiyar Əliyev “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, psixologiya elmləri doktoru,professor Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavinidir.