Modern.az

Tovuzun kəndlərinin əsas problemi: İÇMƏLİ SU  

Tovuzun kəndlərinin əsas problemi: İÇMƏLİ SU  

Aktual

1 Fevral 2020, 11:26

Xəbər verdiyimiz kimi, 104 saylı dairədən Rauf Vəliyev bu gün Tovuzun 6 kəndində - Köhnəqala, Alakol, Aran Yanıqlı, Dondar Quşçu, Bayramlı və Azaflı kəndlərində olub. Seçki platforması ilə tanışlıqla yanaşı, sakinlər öz problemlərini də deputatlığa namizədin diqqətini çatdırıblar.

Məlum olub ki, bu 6 kəndin hamısında ortaq problem – içməli su problemi var. Çaylar quruyur, artezian quyuları isə yoxdur. Nəticədə əhali müxtəlif yerlərdən fərdi olaraq su daşımağa məcbur olur. Dövlətin qayğısını hər zaman hiss etdiklərini deyən kəndlilər bu problemin də həllini tapacağını gözlədiklərini söyləyiblər.

Bundan başqa, Alakol sakinləri kənd klubunun və xəstəxananın təmirinə ehtiyac olduğunu vurğulayıblar.

Rauf Vəliyev qeyd olunan problemləri ictimailəşdirəcəyinə, millət vəkili seçiləcəyi təqdirdə isə həlli üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağına söz verib.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı