İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunun da 39-u laboratoriya təhlilləri əsasında təsdiqlənib.
Məlumata görə, ölkədə 100-dək insanın koronavirus testi müsbət nəticə verib.
Qeyd edək ki, artıq ölkədə bir sıra tədbirlər təxirə salınıb.