Modern.az

Tələbə şagird deyil ki ...

Tələbə şagird deyil ki ...

مورد توجه

27 İyun 2012, 15:23

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Tələbə sözünün kökündə tələb sözü dayanır. Şagir olan dövrdə yalnız şagirddən dərs tələb olunur, onun fəaliyyəti ilə maraqlanılır. Bu tələblər əsasında bünövrəsini quran və möhkəmləndirməyə çalışan yeniyetmə istəyinə az da olsa nail olur.Tələbəlik isə tamamən fərqli bir dövrdür ki, burada tələb edən müəllim yox, məhz tələbənin özü olur. Çünki o artıq usta rolunu oynamaga başlayır. Bir tərəfdən `daş` tapmalı, digər tərəfdən isə  bu `daş`ı hara yerləşdirsə daha yaxşı divar hörəcəyini düşünməlidir. Bu işə xəritəsiz (çertiyoj) başladıqda `usta` nəyi necə edəcəyini bilmir. Bu yolda kitab xəritəni, müəllim isə tərəzi rolunda tələbənin köməyinə çatır. Yalnız müəllim tələbəyə nəyin lazım olduğunu, ona hansı `daş`ı götürsə yerləşəcəyi haqda düzgün məlumat verə bilər.

Tələbə həm özünə, həm də müəlliminə qarşı tələbkar olmalıdır. Müəllimin tələbi olmadan da lazımı kitabları oxuyub ondan nəticə çıxarmağı bacarmalıdır. Digər məsələ isə ondan ibarətdir ki, yalnız oxumaqla işlər həll olunmur. Bununla yalnız təlxək rolunu oynamaq olar. Çünki onda yalnız kitabın müəllifi kimi düşünəcəksən və bir növ parodiyaçı olacaqsan. Əsas məsələ isə ondan ibarətdir ki, oxuduqlarını öz beynində təhlil edərək nəticə çıxarmaqdır. Yalnız bu yolla həm tələbəlik illərini səmərəli keçirə, həm də şəxsiyyət kimi yetişə bilərsən.

Tələbə şagird deyil ki, yalnız kitablarla öz tələbatını ödəsin. O, eyni zamanda dünyagörüşünü də formalaşdırmalı, real həyata özünü tam hazırlamalıdır. Dünyagörüşünün formalaşmasında internetdən istifadə daha çox üstünlük təşkil edir. Belə ki, artıq Amerika (tarixi, coğrafi zonası) haqda öyrənmək və ya onun məşhur yazarlarının əsərlərini tapıb oxumaq elə də müşkül məsələ deyil. Və  ya xarici tələbələrlə ünsiyyət (internet vasitəsilə) tələbəyə haqlarını öyrənməyə kömək edəcəkdir. Çünki bizim qanunların çoxu məhz Qərb ölkələrinin qanunlarına əsaslanır.

Digər məsələ isə tələbənin sərbəst olmasıdır. O bu yolla real heyatı dərk edə, insanları tanımağı, necə ünsiyyət qurmağı öyrənəcək. Əgər bu sahədə düzgün formalaşmasa onun alldığı təhsilin heç bir faydası olmayacaq. Çünki öyrəndiklərini nə tətbiq edə , nə də başqalarına öyrətməyi (maarifləndirməyi) bacaracaq.

Lakin özüm də daxil olmaqla biz tələbələr bu yollardan yalnız sərbəstliyi üstün tuturuq. Bir növ desək vaxtımızın qədrini bilmirik və səmərəli istifadə etmirik. Bununla da həm öz, həm də ölkəmizin gələcəyini şübhə altında qoyuruq. Buradan öz yaşıtlarıma səslənirəm ki, özünüzü düşünmədiyiniz zaman xalqımızı, dövlətimizi düşünün. Yalnız bu sizə maariflənməyə stimul verəcək.

Röya Qarabağlı
BDU Jurnalistika III kurs

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı