Modern.az

Bakıda mənzildən 30 min manatlıq oğurluq olub

Bakıda mənzildən 30 min manatlıq oğurluq olub

مورد توجه

24 Oktyabr 2020, 13:42

Bakıda mənzildən 30 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C. Əliyev və A. Əliyev saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi