Modern.az

Tsarukyan vergidən yayınmaqda ittiham olunur

Tsarukyan vergidən yayınmaqda ittiham olunur

Aktual

Bu gün, 17:17

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan bu gün "Zvartnots" hava limanı vasitəsilə Ermənistanı tərk etməyə cəhd göstərib, lakin hüquq-mühafizə orqanları onun ölkədən çıxmasına icazə verməyiblər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, iyunun 9-da Ermənistan Baş Prokurorluğu Tsarukyana qarşı xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi açıb. Onun barəsində qətimkan tədbiri olaraq ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Tsarukyanın rəhbərlik etdiyi partiya iyunun 7-də keçirilən parlament seçkilərində 3,99% səs toplayaraq 4 faizlik səs baryerini keçə bilməyib. "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələri isə bu nəticə ilə razılaşmadıqlarını və səslərin yenidən sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklərini bildiriblər.

Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi