Modern.az

Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO

Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO

Aktual

Bu gün, 17:30

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi