Modern.az

"Prada" kosmonavtlar üçün alt paltarı hazırladı - FOTO

"Prada" kosmonavtlar üçün alt paltarı hazırladı - FOTO

Aktual

9 İyun 2026, 16:58

İtaliyanın məşhur moda evi "Prada" "Axiom Space" şirkəti ilə əməkdaşlıq çərçivəsində NASA astronavtları üçün xüsusi alt geyimi hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Sözügedən geyim skafandrın altından geyinilən və bədəni tam saran xüsusi kostyumdan ibarətdir. Kostyumun daxilinə astronavtın bədənində hava dövranını və soyutmanı təmin edən ventilyasiya boruları quraşdırılıb. 

"Prada"nın bu layihəsi NASA-nın 2028-ci ilə planlaşdırılan "Artemis" Ay missiyasının bir hissəsidir.


Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi