Modern.az

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

Ölkə

Bu gün, 20:09

Azərbaycanda müvəqqəti olaraq fəaliyyət göstərən Niderland Krallığının İrandakı səfirliyi 7 iyundan etibarən Tehranda fəaliyyətini bərpa edib.

Modern.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda səfirliyin fəaliyyətinə dəstək göstərdiyinə görə Azərbaycana minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, ABŞ ilə İsrailin İrana hücumundan sonra başlayan müharibə səbəbi ilə Niderlandın İrandakı səfirliyi Azərbaycanda fəaliyyətini davam etdirirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi