Modern.az

Yollarda təhlükəli hava şəraiti - duman xəbərdarlığı

Yollarda təhlükəli hava şəraiti - duman xəbərdarlığı

Aktual

9 İyun 2026, 17:48

İyunun 10-da gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraitinin müşahidə olunacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşma ehtimalı var.

Məlumata görə, sabah magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı proqnozlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr