Modern.az

Əhliman Əmiraslanov və Tahir Süleymanova vəzifə verildi

Əhliman Əmiraslanov və Tahir Süleymanova vəzifə verildi

Ölkə

Bu gün, 19:53

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə müavinlər təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.

Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib. 

Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, “Gəncəli” İstehsalat-Kommersiya şirkətinin rəhbəri, iş adamı Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə AAŞ-ın sədr müavinləri təyin ediliblər.

Xatırladaq ki, adları çəkilən şəxslər əvvəllər də Ağsaqqallar Şurası sədrinin müavini postunda çalışıblar. Qurumun Nizamnaməsinə əsasən, qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılır. Aprelin 23-də şuranın IX qurultayı keçirilib.

AAŞ sədri Eldar Quliyev Nizamnaməyə uyğun olaraq, müavinlərin yenidən təyinatı ilə bağlı əmrlər imzalayıb.

(Yenisabah)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi