Modern.az

Şahbuza 1 sm böyüklüyündə dolu yağıb

Şahbuza 1 sm böyüklüyündə dolu yağıb

Ölkə

9 İyun 2026, 21:29

Şahbuz rayonunun Kükü kəndində qısamüddətli dolu müşahidə olunub.

Modern.az-ın məlumatına görə, yağan dolunun diametri təxminən 1 santimetr olub.

Yağıntı cəmi 4 dəqiqə davam etsə də, kənd ərazisində dolu dənələri aydın şəkildə müşahidə edilib.

Hazırda ərazidə hava şəraiti sabitdir.

Qeyd edək ki, iyunun 7-də bu kəndə düşən dolunun diametri 5 millimetr olub.

(Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!