Modern.az

Narkotik çəkən sürücü SAXLANILDI

Narkotik çəkən sürücü SAXLANILDI

Aktual

30 Dekabr 2021, 11:16

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

 

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.  R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

 

Qaradağ rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı