Modern.az

Maşın qaz xəttinə çırpıldı - Ölən var

Maşın qaz xəttinə çırpıldı - Ölən var

Aktual

31 Dekabr 2021, 18:34

Sabirabadda avtomobil qaz xəttinə çırpılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kəskin dumanlı havada Qaratəpə kənd sakini, 63 yaşlı Həbibov Qəhrəman İsgəndər oğlu idarə etdiyi "VAZ" markalı avtomobili qaz xəttinə çırpıb. Sürücü hadisə yerində ölüb. Hazırda sürücünün avtomobildə sıxılmış meyitinin FHN Sabirabad YMX əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılması tədbirləri həyata keçirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı