Modern.az

Ermənistanda qazın qiyməti arta BİLƏR

Ermənistanda qazın qiyməti arta BİLƏR

Aktual

7 Yanvar 2022, 20:34

“Qazprom Armenia” Ermənistanda qaz tariflərinin artırılması üçün müraciət edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan qəzetə bildirib ki, şirkət hələlik müraciət etməyib.

 

Eyni zamanda o, xatırladıb ki, Ermənistanla Rusiya arasında bağlanmış razılaşmaya əsasən, aprelin 1-dək qazın istilik dəyərindən asılı olaraq, onun maya dəyərinin tənzimlənməsi mexanizmləri hazırlanmalıdır.

 

“Qazprom Armenia” qaz tariflərinin artırılması üçün müraciət edəcəyi təqdirdə, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası 80 gün ərzində onu öyrənməli və 30 gün ərzində qüvvəyə minəcək qərar qəbul etməlidir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı