Modern.az

Sərnişin avtobusu “KamAZ”a çırpıldı - Xəsarət alan var

Sərnişin avtobusu “KamAZ”a çırpıldı - Xəsarət alan var

Aktual

21 Yanvar 2022, 09:05

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

 

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Hadisənin təfərrüatı araşdırılır.(Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı