Modern.az

Qonşusuna kömək edirdi - "Tok" vurdu

Qonşusuna kömək edirdi -

Aktual

21 Yanvar 2022, 09:59

Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə  sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Abşeron rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.


İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması  nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı