Modern.az

Müstəqil Xalq Partiyası fransız nazirdən üzr istəməyi tələb edib

Müstəqil Xalq Partiyası fransız nazirdən üzr istəməyi tələb edib

Aktual

22 Yanvar 2022, 17:35

Fransanın Qarabağa qanunsuz səfər etməsi ilə gündəmə gəlmiş prezidentliyə namizədi Valeri Pekresin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl  prinsiplərinə bu cür etinasız münasibəti qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqli və düzgündür.

Modern.az-ın məlumatına görə, bu barədə Müstəqil Xalq Partiyasının bəyanatında bildirlib.

Partiya bildirib ki, Fransada keçiriləcək prezident seçkilərində namizəd olan V.Pekresin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüquq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da pozmağa yönəlmiş təxribatçı addımdır.

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian da 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan açıqlama verib. Bu tərzdə verilən açıqlama diplomatiya ənənələrinə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlib.
Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz dövlət başçısının apardığı siyasətə tam qarşıdır. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh edilməsi qətiyyən qəbuledilməzdir. Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar”.

Müstəqil Xalq Partiyası Azərbaycan XİN-ə tövsiyə edib ki, Fransanın Avropa və xarici işlər üzrə nazirinə müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb olunsun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı