ABŞ-ın Hərbi Dəniz Qüvvələri İrandan yola düşən gəmini Omanda ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması məlumat yayıb.
Hadisə yanvarın 18-də qeydə alınıb.
Məlumata görə, gəmi Yəmənin şimalında husilərə partlayıcı maddələrin istehsalında istifadə olunan 40 ton karbamit gübrəsi daşıyıb.
Gəmi mütəmadi istifadə olunan marşrutla hərəkət edirmiş.