İspaniya La Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
Modern.az xəbər verir ki, "Real Madrid" klubu öz meydanında "Elçe" komandasını qəbul edib.
Gərgin anlarla yadda qalan görüş 2:2 hesabı ilə yekunlaşıb.
Belə ki, oyunun 42-ci dəqiqəsində hesabı qonaqlar açıb. Lukas Boye fərqlənib. Fasilədən sonra görüşün 76-ci dəqiqəsində "Elçe" hesab arasındakı fərqi iki topa çatdırıb. Pere Milye komandasının vacib qolunu vurub.
Ardınca "Real Madrid" ardıcıl iki top vuraraq məğlubiyyətdən xilas olub. Luka Modriç (82) və Eder Militao (92) fərqləniblər. Bu nəticədən sonra "Real Madrid" xal ehtiyatını 50-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir, "Elçe" isə 23 xalla 15-ci yerdə qərarlaşıb.