Modern.az

ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verildi

ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verildi

Aktual

24 Yanvar 2022, 08:12

Dövlət Departamenti ABŞ diplomatlarına Ukraynanı könüllü olaraq tərk etməyə icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə departamentin yaydığı məlumatda deyilir.

 

Həmçinin, qeyd edilib ki, ABŞ öz diplomatlarına ailə üzvlərinin Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib.

 

Departament bunu Rusiya tərəfindən hər an başlaya biləcək hərbi əməliyyatlar təhlükəsi ilə izah edib.

 

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi brifinqdə deyib ki, qəfil münaqişə baş verərsə, ABŞ hökuməti vətəndaşlarını evakuasiya edə bilməyəcək.

 

Bundan əlavə, vurğulanıb ki, Ukraynadakı ABŞ Səfirliyi fəaliyyətini həmişəki kimi davam etdirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı